Modern.az

ABŞ Rusiyaya önləyici sanksiyalar tətbiq ETMƏYƏCƏK

ABŞ Rusiyaya önləyici sanksiyalar tətbiq ETMƏYƏCƏK

13 Fevral 2022, 21:21

ABŞ işğaldan əvvəl Rusiyaya qarşı önləyici sanksiyalar tətbiq etməyəcək.

 

Modern.az xəbər verir ki, bunu Pentaqonun sözçüsü Con Kirbi bildirib.

 

O deyib ki, kəşfiyyat məlumatlarına görə, Rusiya hər gün işğala başlaya bilər.

 

“Amma əgər siz kimisə hələ etmədiyi bir işə görə cəzalandırırsınızsa, o, bunu edə bilər. Ona görə də biz hesab edirik ki, onlar ehtiyatda saxlanılmalıdır. Putinə onun üzləşə biləcəyi iqtisadi nəticələrin ciddiliyini çox aydın şəkildə bildirdik”, - dey Pentaqonun sözçüsü qeyd edib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat