Modern.az

Gürcüstan və Ermənistan da SİLKƏLƏNDİ

Gürcüstan və Ermənistan da SİLKƏLƏNDİ

Dünya

13 Fevral 2022, 23:00

Gürcüstanda yerli vaxtla saat 22:25-də zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

 

Məlumata əsasən, zəlzələnin gücü 6,2 bal, episentri isə Dmanisi rayonu yaxınlığındakı Sameba kəndində olub. Güclü təkanlar Tbilisi, Marneuli və İrəvanda da hiss olunub.

 

Zəlzələ qonşu Ermənistanda təşvişə səbəb olub.

 

Məlumata görə, Gürcüstanla eyni vaxtda İrəvan və Gümrü şəhərlərində zəlzələ baş verib. Bəzi ərazilərdə işıqlar sönüb. İnsanlar binaları tərk edərək çölə çıxıblar. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat