Modern.az

Fransada güclü partlayış - Ölənlər var

Fransada güclü partlayış - Ölənlər var

Dünya

14 Fevral 2022, 17:34

Fransanın cənubundakı Sen-Loran-de-Salank şəhərində partlayış olub. Hadisə yaşayış binasının birinci mərtəbəsində yerləşən mağazada baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Hadisə nəticəsində azı 7 nəfər həlak olub.

 

Ölənlərdən ikisi azyaşlıdır.

 

Partlayış zamanı biri ağır olmaqla, dörd nəfər isə xəsarət alıb. Partlayış baş verən binadan 25 nəfər təxliyə olunub. Partlayışdan sonra başlayan yanğın binada 11 mənzilə ziyan vurub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi