Modern.az

ABŞ Polşaya əlavə F-15 qırıcıları yerləşdirdi

ABŞ Polşaya əlavə F-15 qırıcıları yerləşdirdi

14 Fevral 2022, 21:58

Şərqi Avropada gərginliyin artması fonunda ABŞ Polşaya əlavə F-15 döyüş təyyarələri yerləşdirib.

 

Modern.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blezçak "Twitter" hesabında yazıb.

 

O qeyd edib ki, ABŞ-a məxsus daha 8 qırıcı Polşaya eniş edib.

 

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Polşaya döyüş təyyarələrinin yerləşdirilməsinə başlayıb.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat