Modern.az

Ukraynada Birlik Günü qeyd olunacaq

Ukraynada Birlik Günü qeyd olunacaq

Dünya

15 Fevral 2022, 00:52

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 16-da ölkədə Birlik Gününün qeyd olunmasına qərar verib.

 

Modern.az xəbər verir ki, bu barədə o, fərman imzalayıb.

 

Zelenski xalqa müraciəti zamanı qeyd edib ki, fevralın 16-da Ukraynaya hücum ediləcəyini deyirlər. 

 

"Biz isə bunu Birlik Günü elan edirik. Artıq müvafiq fərman imzalanıb. Bu gün biz dövlət bayraqları asacaq, mavi və sarı lentlər taxıb, bütün dünyaya birliyimizi nümayiş etdirəcəyik”,- deyə Ukrayna lideri bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat