Modern.az

Gürcüstanda 4 deputatın mandatı ləğv edildi

Gürcüstanda 4 deputatın mandatı ləğv edildi

15 Fevral 2022, 19:25

Gürcüstan parlamentinin deputatları - “Leyboristlər” Partiyasının sədri Şalva Natelaşvili, “Droa” Partiyasının lideri Elene Xoştariya parlamentin işində sistematik olaraq iştirak etmədiklərinə görə mandatlarından məhrum edilib.

 

Modern.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə qərar parlamentin bu gün keçirilən plenar iclasında qəbul edilib.

 

“Gürcüstan üçün Lelo” Partiyasının lideri Badri Caparidzenin mandatı isə dələduzluqda ittiham edildiyi üçün ləğv olunub.

 

İclasda keçmiş spiker Kaxa Kuçavanın da deputat mandatı öz istəyi əsasında dayandırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat