Modern.az

Türkmənistan prezidentliyinə namizədlərin qeydiyyatı başlayıb

Türkmənistan prezidentliyinə namizədlərin qeydiyyatı başlayıb

Dünya

15 Fevral 2022, 21:35

Bu gün Türkmənistan Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirib.

 

Modern.az xəbər verir ki, iclasda MSK üzvləri ilə yanaşı, Türkmənistan Nazirlər Kabinetinin sədr müavini də iştirak edib.

 

İclasda Türkmənistan Demokratik Partiyası tərəfindən irəli sürülən Sərdar Berdiməhəmmədovun prezidentliyə namizədliyi qeydə alınıb. Digər namizədlərin qeydiyyatı davam edir.

 

Xatırladaq ki, Türkmənistanda növbədənkənar prezident seçkiləri 2022-ci il martın 12-də keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat