Modern.az

Polşa Rusiya ilə sərhədə hasar tikəcək

Polşa Rusiya ilə sərhədə hasar tikəcək

Dünya

17 Fevral 2022, 23:20

Polşa Rusiya ilə sərhədə hasar tikməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Polşanın müdafiə nazirinin müavini Voytsex Skurkeviç məlumat verib.

 

“Hazırda sərhəddə hasar çəkmirik, sadəcə olaraq planlaşdırırıq”, – deyə Skurkeviç bildirib.

 

Qeyd edək ki, Polşa Rusiyanın Kalininqrad vilayəti ilə həmsərhəddir. 2 ölkə arasında quru sərhədinin uzunluğu 203,3 kilometrdir.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat