Modern.az

“Rus qoşunları tükənib, nəzarət bizdədir” - Ukraynalı general

“Rus qoşunları tükənib, nəzarət bizdədir” - Ukraynalı general

Dünya

28 Fevral 2022, 09:29

“Düşmən Kiyevin müdafiəsini yarıb keçməyə cəhd etməyə davam etsə də, paytaxta ordumuz nəzarət edir”.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı general-polkovnik Aleksandr Sırski bildirib.

 

“Rusiya qüvvələrinin bütün hərəkətləri nəzarət altındadır. İndi paytaxtda vəziyyət nəzarətdədir. Rus işğalçı qoşunlarının məqsədə çatmaq üçün bütün cəhdləri uğursuzluqla nəticələnib. Düşmən şəxsi heyətlə itki verib. Rusiya qoşunları ruhdan düşüb və tükənib”,- Aleksandr Sırski deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat