Modern.az

Putinə verilən qara kəmər geri alınır

Putinə verilən qara kəmər geri alınır

Dünya

28 Fevral 2022, 18:51

Ümumdünya Taekvondo Federasiyası (WTF) Rusiya Prezidenti Vladimir Putinə verilən fəxri 9-cu dan qara kəməri geri alacaq.

 

Modern.az xəbər verir ki, bu barədə WTF-in rəsmi saytı məlumat yayıb.

 

Bildirilib ki, bu qərar Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar verilib. Həmçinin qurumun təşkil edəcəyi yarışlarda Rusiya və Belarusun dövlət bayraqlarının istifadəsinə, eləcə də himnlərinin səslənməsinə icazə verilməyəcək.

 

Qeyd edək ki, Putinə qara kəmər 2013-cü ilin noyabrında təqdim edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat