Modern.az

Ukraynada etiraza qalxan deputat yoxa çıxdı

Ukraynada etiraza qalxan deputat yoxa çıxdı

Dünya

2 Mart 2022, 08:24

Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərində Rusiya qoşunlarına qarşı keçirilən mitinqdə şəhər şurasının deputatı Nikolay Masliy yoxa çıxıb.

 

Modern.az xəbər verir ki, bu barədə yerli “Newsroom” nəşri məlumat yayıb.

 

Etirazçıların sözlərinə görə, Rusiya hərbçiləri əvvəlcə deputatı danışıq üçün kənara çağırıb. Sonra atəş açmağa başlayıblar.

 

Həmin hadisədən sonra Masliyi heç kim görməyib. Onun hazırda harada olduğu bilinmir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?