Modern.az

Ukrayna əsirləri dəyişdirmək istəyir

Ukrayna əsirləri dəyişdirmək istəyir

Dünya

4 Mart 2022, 18:50

“Ukrayna Rusiya ilə danışıqların üçüncü mərhələsinə hazırdır”.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

 

Onun sözlərinə görə, Rusiya ilə növbəti görüşdə əsirlərin dəyişdirilməsi müzakirə oluna bilər.

 

Xatırladaq ki, Ukrayna və Rusiya arasında danışıqların ilk raundu fevralın 28-də Belarusda baş tutub. Dünən keçirilən ikinci görüşdə mülki şəxslər üçün humanitar dəhlizlə bağlı razılıq əldə edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?