Modern.az

Rusiyalı əsir Putinə səsləndi: “Sizə görə utanıram”

Rusiyalı əsir Putinə səsləndi: “Sizə görə utanıram”

14 Mart 2022, 22:07

Ukrayna silahlı qüvvələri tərəfindən əsir götürülən Rusiya ordusunun hərbi qulluqçuları mətbuat konfransı keçirib.

 

Modern.az xəbər verir ki, Marozov Aleksandır Romanoviç adlı hərbçi Ukrayna hərbi qulluqçularının onunla yaxşı davrandığını bildirib.


"Son ana qədər bizə təlimin olduğu bildirildi. Əsir düşəndə ​​bizi döyəcək, pis rəftar edəcəklərini düşünürdüm, amma bizimlə yaxşı rəftar etdilər. Yemək və geyim ehtiyacımız ödənildi", - deyə rus əsir qeyd edib.

 

Rusiya Prezidenti Vladimir Putinə “yoldaş” deyə müraciət edən Polşikov Nikolayev Valentinoviç adlı digər rus əsir müharibəni uduzduqlarını bildirib: “Yoldaş prezident, rus əsgərləri və sizin adınızdan utanıram”.

 

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat