Modern.az

Britaniya rusiyalı milyarderləri hədəf alıb

Britaniya rusiyalı milyarderləri hədəf alıb

15 Mart 2022, 17:44

Böyük Britaniyanın son sanksiyalarına 100 milyard funt-sterlinq (130,63 milyard dollar) sərvəti olan elitalar, Kremlin sözçüsü Dmitri Peskov və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da daxil edilib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Liz Truss bildirib.

 

"Biz Putinə (Rusiya prezidenti-red) ən yaxın olanları - böyük oliqarxlardan tutmuş baş nazirədək, onun yalanlarını və dezinformasiyalarını satan təbliğatçıları vurmaqda həmişəkindən daha sürətlə gedirik", - XİN başçısı vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat