Modern.az

Rusiya Avropa Şurasından ÇIXIR

Rusiya Avropa Şurasından ÇIXIR

Dünya

15 Mart 2022, 20:12

Rusiyanın Avropa Şurasından çıxması ilə bağlı qərar qəbul edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy məlumat verib.

 

Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov təşkilatın baş katibinə müvafiq məktubu göndərib.

 

“Rusiya öz istəyi ilə Avropa Şurasından çıxır”, - deyə Tolstoy vurğulayıb.

 

Bundan əvvəl Avropa Şurası Parlament Assambleyasının sədri Tini Koks bildirib ki, təşkilat martın 15-də Rusiyanın üzvlüyü ilə bağlı qərar qəbul edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat