Modern.az

Ukraynada indiyədək 107 uşaq öldürülüb

Ukraynada indiyədək 107 uşaq öldürülüb

17 Mart 2022, 16:18

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra azı 107 uşaq ölüb, 120-dən çox uşaq yaralanıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

 

Uşaq ölümlərinin çoxu Kiyev, Xarkov, Donetsk, Çerniqov, Sumı, Xerson, Nikolayev və Jitomir vilayətlərində qeydə alınıb.

 

Bildirilib ki, 410-dan çox təhsil müəssisəsi atəşə tutulub, onlardan 63-ü tamamilə məhv edilib. Prokurorluq ən azı 11 xəstəxananın atəşə tutulduğunu əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat