Modern.az

Təlimə gedən amerikalı hərbçilər faciə ilə üzləşdi

Təlimə gedən amerikalı hərbçilər faciə ilə üzləşdi

19 Mart 2022, 13:45

Norveçin şimalında ABŞ-a məxsus hərbi təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.

 

Modern.az “Reuters”ə istinadən xəbər verir ki, hadisə NATO-nun rəhbərlik etdiyi hərbi təlimlər zamanı baş verib.

 

Ölənlərin ABŞ vətəndaşları olduğu bildirilir. Polis qəzanın səbəblərini araşdırsa da, hava şəraiti səbəbindən işlər dayandırılıb.

 

Qeyd edək ki, ABŞ Dəniz Piyadaları Korpusuna məxsus “MV-22B Osprey” təyyarəsi NATO-nun “Soyuq cavab” adlı təlimində iştirak edirdi.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə