Modern.az

Rusiya Ukraynada ilk dəfə bu silahdan istifadə etdi

Rusiya Ukraynada ilk dəfə bu silahdan istifadə etdi

Dünya

20 Mart 2022, 00:26

Rusiya bu gün səhər saatlarında İvano-Frankovsk vilayətinin Delyatın kəndində Ukrayna qoşunlarının raket və aviasiya sursatlarının böyük yeraltı anbarını məhv edib.

 

Modern.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov anbarın hansı silahla vurulduğunu açıqlayıb. O bildirib ki, anbara "Kinjal” hipersəs raketi ilə zərbə endirilib.

 

Maksimum uçuş məsafəsi 2000 kilometr olduğu bilinən raket çəkisi 480 kiloqram olan nüvə/ənənəvi döyüş başlığı daşıya bilir. Raket “Tu-22M3” bombardmançı təyyarələri və MiQ-31K qırıcıları tərəfindən daşına bilər.

 

Hipersəs raketlər atmosferin yuxarı hissəsində səs sürətindən beş dəfə çox və ya saatda təxminən 6200 km sürətlə hərəkət edirlər. 

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir