Modern.az

Ukraynada daha iki yüksək rütbəli rus zabit öldürüldü - FOTO

Ukraynada daha iki yüksək rütbəli rus zabit öldürüldü - FOTO

Dünya

20 Mart 2022, 00:59

Ukraynada Rusiya ordusunun daha iki yüksək rütbəli zabiti öldürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna rəsmiləri məlumat yayıb.

 

Qeyd olunur ki, döyüşlərdə Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının komandan müavini, 1-ci dərəcəli kapitan Andrey Paliy Ukraynada zərərsizləşdirilib.

 

Bundan əlavə, "Rosqvardiya"nın Vladimir vilayəti üzrə SOBR xüsusi dəstəsinin komandir müavini, polkovnik Sergey Savvatayev də öldürülüb. Məlumata görə, o və dəstəsinin olduğu hərbi karvan Ukrayna ordusu tərəfindən bombalanıb.

 

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir