Modern.az

“Rusiya hərbçiləri bizi öldürməyə gəlib” - Zelenski

“Rusiya hərbçiləri bizi öldürməyə gəlib” - Zelenski

21 Mart 2022, 00:14

"Rusiya hərbi qüvvələri bizi məhv etməyə, öldürməyə gəlib".

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində deyib.

 

"Biz Rusiyaya qarşı sərt cavab verməklə xalqımızın və ordumuzun şərəfini göstərə bilərik, amma təəssüf ki, şərəfimiz insan həyatlarını xilas etməyəcək. Ona görə də hesab edirəm ki, istənilən formatdan, istənilən imkandan istifadə etməliyik ki, Putinlə görüşmək imkanı olsun, amma cəhdlər uğursuz olarsa, bu, Üçüncü Dünya Müharibəsinin başlanması deməkdir”, - Zelenski bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə