Modern.az

ABŞ Ukraynaya sülhməramlı göndərməyəcək

ABŞ Ukraynaya sülhməramlı göndərməyəcək

21 Mart 2022, 09:30

ABŞ qoşunlarının Ukraynada BMT-nin sülhməramlı kontingentində iştirakı çətindir.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfeld deyib.

 

O, qeyd edib ki, Amerika prezidenti Co Bayden Polşaya səfəri zamanı həmkarı ilə Ukraynaya sülhməramlıların gətirilməsi məsələsini müzakirə edəcək:

 

"ABŞ çətin ki, bunda iştirak etsin, lakin belə qərar qəbul edəcək NATO müttəfiqlərini dəstəkləyəcək. ABŞ Ukraynanın işğalçı ölkə ilə danışıqlarında irəliləyiş şansı görmür. Rusların diplomatik həllə meylli olduğu görünmür”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə