Modern.az

Rusiyada “WhatsApp”ın bloklanması təklif edilir

Rusiyada “WhatsApp”ın bloklanması təklif edilir

21 Mart 2022, 21:33

Rusiyada “WhatsApp” platformasının bloklanması təklif edilib.

 

Modern.az xəbər verir ki, təklif Rusiyanın İctimai Palatasının işçi qrupunun rəhbəri Aleksandr Malkeviç tərəfindən səsləndirilib.

 

O bildirib ki, Rusiyada "Meta" şirkətinə məxsus “Facebook” və “Instagram” bağlanıb. Buna görə həmin şirkətə məxsus “WhatsApp”ın açıq olması məntiqsizdir.

 

Malkeviç “WhatsApp”da kifayət qədər yalan xəbər yayıldığını iddia edib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə