Modern.az

Müharibədən qaçan 58 min ukraynalı Türkiyəyə sığındı

Müharibədən qaçan 58 min ukraynalı Türkiyəyə sığındı

Dünya

22 Mart 2022, 22:55

Ukraynada müharibə başlayandan indiyədək 58 min ukraynalı Türkiyəyə gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

 

Soylu Türkiyəyə gələn 58 min ukraynalıdan 30 mininin ölkəyə qurudan, 900-ə yaxın insanın isə üçüncü ölkələr vasitəsilə hava yolu ilə daxil olduğunu bildirib.

 

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına görə, Rusiyanın təcavüzündən sonra 3,5 milyon insan Ukraynanı tərk edib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə