Modern.az

Bayden Polşada amerikalı hərbçilərlə görüşəcək

Bayden Polşada amerikalı hərbçilərlə görüşəcək

Dünya

23 Mart 2022, 00:44

ABŞ Prezidenti Co Bayden Polşaya səfəri çərçivəsində amerikalı hərbçilərlə görüşəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Zbiqnev Rau məlumat verib.

 

Qeyd olunur ki, o, dünya ictimaiyyəti üçün vacib olan nitq söyləyəcək.

 

Bayden martın 24-də NATO-nun növbədənkənar sammitində və G7 görüşündə iştirak edəcək, həmçinin Avropa Şurasının planlaşdırılmış sammitinə qoşulacaq. ABŞ Prezidenti martın 25-də Polşaya yola düşəcək, martın 26-da Polşa Prezidenti Andjey Duda ilə danışıqlar aparacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi