Modern.az

"Təxliyə üçün dəhliz açmağa çalışırıq" - Zelenski

Dünya

23 Mart 2022, 08:05

Kiyev, Xarkov, Zaporojye və Luqansk vilayətlərində insanların təxliyəsi üçün humanitar dəhlizlər təşkil etməyə çalışırıq.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Prezident Volodimir Zelenski videomüraciəti zamanı bildirib.

 

O qeyd edib ki, rəsmilər Kiyev, Xarkov, Zaporojye və Luqansk vilayətlərində humanitar dəhlizlərlə bağlı razılaşma əldə etməyə çalışır: "Son iki həftə ərzində Ukraynaya 100 min tondan çox humanitar yardım gəlib. Bu yüklər bölgələr üçün xüsusi qovşaqlar vasitəsilə paylanır.

 

Ukraynaya humanitar yüklərlə bağlı kömək etmək istəyən və bu imkanı olan hər kəs üçün onlayn həll - help.gov.ua internet saytı yaradılıb. Sayt vasitəsiylə humanitar yükləri hansı yolla almaq, göndərmək və onu kimə ünvanlamaq lazım olduğunu öyrənmək olar".

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi