Modern.az

Stoltenberqdən Rusiyaya XƏBƏRDARLIQ

Stoltenberqdən Rusiyaya XƏBƏRDARLIQ

24 Mart 2022, 11:45

Rusiyanın Ukraynada başlatdığı müharibədə istənilən kimyəvi silahdan istifadə NATO ərazisində çirklənməyə səbəb ola bilər.

 

Modern.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq xəbərdarlıq edib.

 

Stoltenberq NATO liderlərinin fövqəladə sammitindən əvvəl deyib ki, kimyəvi silahdan istənilən istifadə münaqişənin mahiyyətini kökündən dəyişdirəcək:

 

"Bu, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və reallaşarsa, ağır nəticələri olacaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə