Modern.az

Tezliklə sülh danışıqlarına başlamalıyıq - PAŞİNYAN

Tezliklə sülh danışıqlarına başlamalıyıq - PAŞİNYAN

24 Mart 2022, 12:46

“Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün tezliklə danışıqlara başlamalıdır”.

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

 

Paşinyan çıxışında deyib: "Regionda və dünyada vəziyyət gərgindir. Biz də bu gərginliyi azaltmaq üçün həll variantlarını axtarıb tapmalıyıq. Bunun üçün məsuliyyət daşıyırıq".

 

"Fikrimizcə, Ermənistanla Azərbaycan arasında sülh danışıqları dərhal başlamalıdır. İki ölkə sərhədlərinin delimitasiyası və demarkasiyası istiqamətində də işlər sürətləndirilməlidir", - deyə Baş nazir vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə