Modern.az

İstanbul boğazında mina təhlükəsi

İstanbul boğazında mina təhlükəsi

26 Mart 2022, 14:36

İstanbul boğazında gəmilərin hərəkəti məhdudlaşdırılıb.


Modern.az NTV-yə istinadən xəbər verir ki, Türkiyə Sahil Mühafizəsi Xidməti minaya bənzər obyektin zərərsizləşdirilməsi üçün hərəkətə keçərək ərazidəki gəmilərin hərəkətini dayandırıb.

 

İstanbul boğazında görünən cisimin Ukraynanın liman girişlərinə qoyduğu minalardan biri olduğu ehtimal edilir. Yad cismi ilk olaraq balıqçılar görüb. Bundan sonra Sahil Mühafizə Xidməti araşdırma başladıb.

 

Qeyd edək ki, Rusiya gəmilərinin qarşısını almaq üçün Ukraynanın Odessa tərəfdən Qara dənizə buraxdığı minaların fırtınanın təsirindən İstanbula qədər gəlmə ehtimalının olduğu deyilir.

 

 

Fatma Abdulla

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi