Modern.az

Ukrayna bəzi əraziləri geri alıb

Ukrayna bəzi əraziləri geri alıb

Dünya

1 Aprel 2022, 11:08

Ukrayna qüvvələri Çerniqovun cənubundakı Sloboda və Lukashivka kəndlərini geri alıb və şəhərlə Kiyev arasındakı əsas təchizat yolları boyunca mövqelərini gücləndirib.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya hərbi kəşfiyyatı məlumat yayıb.

 

"Ukrayna həmçinin Kiyevin şərqinə və şimal-şərqinə uğurlu, lakin məhdud əks-hücumlar etməyə davam edib", - deyə Britaniya Müdafiə Nazirliyindən bildirilib.

 

Nazirlik əlavə edib ki, Rusiya  hücumları azaltdığını iddia etsə də, Çerniqov və Kiyevə hava və raket zərbələrinə davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə