Modern.az

Məşhur aşpaz ukraynalı qaçqınlara yemək bişirir

Məşhur aşpaz ukraynalı qaçqınlara yemək bişirir

2 Aprel 2022, 17:45

Məşhur ispaniyalı aşpaz və ictimai xadim Xose Andresin qeyri-hökumət təşkilatı olan Dünya Mərkəzi Mətbəxi (World Central Cuisine - WCK) Ukraynada hərbi əməliyyatlar başlayandan evlərini tərk etmək məcburiyyətində qalan ukraynalıları yeməklə təmin etmək üçün münaqişə zonasına və qonşu ölkələrə səfər edib.

 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, Xose Andresın ortağı və WCK İdarə Heyətinin üzvü Xavyer Qarsianın sözlərinə görə, bu günədək Ukraynada 3,5 milyondan çox yemək verilib, 2 min ton ərzaq paylanıb.


X.Qarsia deyir ki, gündə 250 min yemək verilir və bu rəqəm artmaqdadır. Bu humanitar fəaliyyətə könüllülər ordusu da cəlb olunub.

 

Yardım üç istiqamətdə həyata keçirilir - Ukraynanın özündə, sərhədlərdə, eləcə də qaçqınları qəbul edən ölkələrdə.

 

Hazırda Xose Andresın təşkilatı Ukraynada ərzaq yardımı göstərən yeganə ictimai qurumdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə