Modern.az

Viktoriya Nuland Türkiyəyə gəlir

Viktoriya Nuland Türkiyəyə gəlir

3 Aprel 2022, 23:57

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nuland aprelin 2-9-da Fransa, Türkiyə, Yunanıstan, Almaniya və Kirpə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

 

Nulandın Parisdə fransız, alman və ingilis həmkarları ilə görüşəcəyi, daha sonra Türkiyə, Yunanıstan və Kiprə səfər edəcəyi, regional təhlükəsizlik və iqtisadiyyatla bağlı ikitərəfli əlaqələri müzakirə edəcəyi bildirilib.

 

Səfər zamanı Nulandı müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini İlan Qoldenberq və müşavirin müavini Erika Olson müşayiət edəcək.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR