Modern.az

Rusiya genişmiqyaslı təxribat planlaşdırır - Xəbərdarlıq 

Rusiya genişmiqyaslı təxribat planlaşdırır - Xəbərdarlıq 

Dünya

5 Aprel 2022, 18:00

Prezident Volodimir Zelenskinin BMT-dəki çıxışından əvvəl ölkənin Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın Ukrayna qoşunlarını günahlandırmaq məqsədilə cənubdakı Mariupol şəhərində genişmiqyaslı təxribat planlaşdırdığını bəyan edib.

 

Modern.az xəbər verir ki, bu barədə SBU-nun teleqram kanalında məlumat paylaşılıb.

 

Bildirilib ki, Rusiya hərbçiləri öldürdükləri Mariupol sakinlərinin cəsədlərini bir yerə toplamağı və onları Ukrayna qoşunlarının kütləvi qurbanları kimi təqdim etməyi planlaşdırır. 

 

SBU belə məlumatlara inanmamağa və əhalini ehtiyatlı olmağa çağırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə