Modern.az

Rus diplomatları bu ölkədən də çıxarılır

Rus diplomatları bu ölkədən də çıxarılır

Dünya

5 Aprel 2022, 21:53

Portuqaliya Rusiyanın Lissabondakı səfirliyinin on əməkdaşını "persona non-qrata" elan etmək qərarına gəlib. 

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Portuqaliya hökuməti rusiyalı diplomatları milli təhlükəsizliyə zidd hərəkət etməkdə ittiham edib.

 

"Portuqaliya hökuməti Rusiyanın Ukrayna ərazisinə təcavüzünü qətiyyətlə pislədiyini bir daha bəyan edir", - Portuqaliya Xarici İşlər Nazirliyi bildirib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə