Modern.az

Ukraynada bir şəhərin 400 sakini itkin düşdü

Ukraynada bir şəhərin 400 sakini itkin düşdü

6 Aprel 2022, 13:03

Rusiya qoşunlarının Kiyev vilayətinə hücumu nəticəsində Hostomel şəhərində 400-dən çox insan itkin düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

 

İtkinlərlə yanaşı, şəhərin xeyli sayda sakini qətlə yetirilib. Cəsədlər yaxın ərazilərdə aşkarlanıb. 

 

Şəhərin rəsmi nümayəndəsi Taras Dumenko bildirib ki, rusiya hərbçiləri sakinləri oğurlayaraq, onları şəhərdən kənarda güllələyib. Öldürülən sakinlərin rəsmi sayı hələlik məlum deyil, araşdırma aparılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə