Modern.az

BMT-dən Mariupolla bağlı ÇAĞIRIŞ

BMT-dən Mariupolla bağlı ÇAĞIRIŞ

24 Aprel 2022, 19:12

"Mülki əhalinin təxliyəsi üçün Mariupolda döyüşlər dərhal dayandırılmalıdır".

 

Modern.az xəbər verir ki, bunu BMT-nin Ukrayna üzrə nümayəndəsi Amin Avad bildirib.

 

O qeyd edib ki, Mariupolda qadınlar, uşaqlar və qocalar da daxil olmaqla on minlərlə insanın həyatı təhlükə altındadır.

 

"İnsanların həyatını xilas etmək üçün hazırda döyüşlərə fasilə vermək lazımdır. Nə qədər gözləsək, bir o qədər çox insanın həyatı risk altında olacaq. Onların təhlükəsiz şəkildə təxliyə edilməsinə icazə verilməlidir. Sabah çox gec ola bilər", - deyə Avad bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə