Modern.az

Yunanıstan Türkiyənin hava məkanını pozdu

Yunanıstan Türkiyənin hava məkanını pozdu

Dünya

28 Aprel 2022, 18:58

Yunanıstanın hərbi təyyarələri 26-28 aprel 2022-ci il tarixlərində Türkiyənin hava məkanını pozub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər nazirliyinin müavini Tanju Bilgiç məlumat verib.

 

XİN rəsmisi qeyd edib ki, hava məkanı Didim, Datça və Dalaman istiqamətlərində pozulub. O, həmçinin Yunanıstan Xarici İşlər Nazirliyinin Türkiyənin bu ölkənin hava məkanını pozması ilə bağlı açıqlamalarını rədd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə