Modern.az

“Real” 35-ci dəfə İspaniya çempionu oldu

“Real” 35-ci dəfə İspaniya çempionu oldu

Dünya

30 Aprel 2022, 20:40

İspaniyanın “Real Madrid” komandası La Liqada 35-ci çempionluğunu rəsmiləşdirib.

 

Modern.az xəbər verir ki, çempionatın 34-cü turunda doğma meydanda “Espanyol” komandasını 4:0 hesabı ilə darmadağın edən madridlilər xal ehtiyatını 81-ə çatdırıblar.

 

İkinci sıradakı “Sevilya”nın 64, bir oyun az keçirən “Barselona”nın isə 63 xalı olduğundan “Real Madrid” sona dörd tur qalmış çempionluğu elan edib.

 

Görüşdə madridlilərin qollarının Rodriqo (33, 43), Marko Asensio (55) və Kərim Benzema (81) vurublar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə