Modern.az

“Həyatınızı xilas edin” - Zelenskidən rus əsgərlərinə MÜRACİƏT

“Həyatınızı xilas edin” - Zelenskidən rus əsgərlərinə MÜRACİƏT

Dünya

1 May 2022, 08:05

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə Rusiya hərbçilərinə müraciət edib.

 

Modern.az xəbər verir ki, Zelenski rus əsgərləri Ukraynaya qarşı döyüşə girməməyə çağırıb.

 

"Niyə onlar Ukraynada ölməlidirlər və qohumlarının buna ehtiyacı varmı?", - deyə Ukrayna Prezidenti müraciətində bildirib:

 

“Rusiya komandirləri əsgərlərə döyüşməkdən imtina etdiklərinə görə, ciddi məsuliyyətlə üz-üzə olduqlarını deyirlər. Lakin meyitlərin saxlanması üçün əlavə soyuducuların hazırlanması barədə heç nə demirlər. Planlaşdırılmış itkilərdən danışmırlar. Rusiyanın hər bir əsgəri həyatını xilas edə bilər. Sizin bizim torpaqda həlak olmağınızdansa, Rusiyada sağ qalmağınız yaxşıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə