Modern.az

Müharibə mayın 9-da dayanmayacaq - LAVROV

Müharibə mayın 9-da dayanmayacaq - LAVROV

2 May 2022, 00:30

"Ukraynada hərbçilərimiz süni şəkildə öz hərəkətlərini heç bir tarixə, o cümlədən Qələbə Gününə uyğunlaşdırmayacaqlar".

 

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İtaliyanın "Mediaset" teleşirkətinə müsahibəsində bildirib.

 

"Ukraynadakı əməliyyatın sürəti ilk növbədə mülki əhali və Rusiya hərbçiləri üçün hər hansı riskin minimuma endirilməsi zərurətindən asılıdır", - deyə XİN rəhbəri qeyd edib.

 

Lavrov Rusiyanın Ukraynada rejimi dəyişmək məqsədinin olmadığını bildirib. O iddia edib ki, Moskva Ukraynanın şərqində insanların təhlükəsizliyini təmin etmək istəyir.

 

Xatırladaq ki, bir sıra mətbuat orqanları Ukraynadakı müharibənin mayın 9-da dayana biləcəyini proqnozlaşdırır.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə