Modern.az

Türkiyə ordusu 61 terrorçunu məhv etdi

Türkiyə ordusu 61 terrorçunu məhv etdi

2 May 2022, 18:21

Türkiyə ordusu “Pençe Kilit” antiterror əməliyyatı çərçivəsində indiyədək  61 terrorçunu zərərsizləşdirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib.

 

O qeyd edib ki, terrorçulara məxsus 82 mağara və sığınacaq dağıdılıb, 413 əldəqayırma partlayıcı məhv edilib.

 

"Bu mübarizədə yeganə hədəfimiz terrorçulardır. Bizim terrorçulardan başqa hədəfimiz yoxdur. Fəaliyyətimiz çərçivəsində dostumuz, qonşumuz və qardaşımız İraqın sərhədlərinə, suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə son dərəcə hörmətlə yanaşırıq”, - deyə Akar bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə