Modern.az

Pentaqon rəhbəri Reznikovla DANIŞDI

Pentaqon rəhbəri Reznikovla DANIŞDI

Dünya

13 May 2022, 08:28

ABŞ-ın müdafiə naziri Lloyd Ostin ukraynalı həmkarı Aleksey Reznikovla Ukraynanın şərqindəki vəziyyəti və Qərbin hərbi yardımının davam etdirilməsini müzakirə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi bildirib.

 

Telefon danışığı Konqresdə Ukraynaya 40 milyard dollar məbləğində əlavə hərbi, iqtisadi və humanitar yardımın ayrılması təşəbbüsünün müzakirəsi fonunda baş tutub.

 

Nazirlər, həmçinin Ukrayna ordusunu silahla təmin edən ölkələrin virtual görüşünə hazırlığı da müzakirə ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi