Modern.az

Ukraynanın təyyarəsi vurulub - Rusiya 

Ukraynanın təyyarəsi vurulub - Rusiya 

13 May 2022, 12:51

"Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-27 təyyarəsini Xarkov vilayətinin Lozovaya kəndi yaxınlığında vurub. Bundan başqa, Balakliya yaşayış məntəqələri ərazilərində havada Ukraynaya məxsus 15 pilotsuz uçuş aparatı vurulub". 

 

Modern.az xəbər verir ki, bu barədə bu gün Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

 

Bildirilir ki, bundan əlavə, Xarkov vilayətinin Topolskoe yaşayış məntəqəsində “Smerç” reaktiv yaylım atəşi sisteminin iki Ukrayna raketi ələ keçirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi