Modern.az

Maya Sandu Rusiyaya səsləndi: Müharibə istəmirik

Maya Sandu Rusiyaya səsləndi: “Müharibə istəmirik”

18 May 2022, 19:36

Moldova Dnestryanı bölgədə müharibə və sabitliyinin pozulmasında maraqlı deyil.

 

Modern.az xəbər verir ki, bunu Avropa Parlamentinin plenar iclasında çıxış edən Moldova Prezidenti Maya Sandu deyib.

 

O qeyd edib ki, Kişinyov problemləri müstəsna olaraq sülh yolu ilə həll etmək niyyətindədir.

 

"Hökumətimiz sabitliyi qorumağa və Dnestryanı münaqişənin diplomatik həllini tapmağa çalışır. Biz müharibə, sabitliyin pozulmasını istəmirik", - deyə Sandu bildirib.

 

Prezident vurğulayıb ki, Rusiya hərbçiləri Dnestryanı bölgədən çıxarılmalıdırlar, çünki onların orada olması Moldovanın neytrallığını pozur.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə