Modern.az

Gürcüstan və ABŞ 10 illik hərbi müqavilə imzaladı

Gürcüstan və ABŞ 10 illik hərbi müqavilə imzaladı

20 May 2022, 22:54

Gürcüstan və ABŞ müdafiə sahəsində əməkdaşlıq haqqında 10 illik çərçivə sazişi imzalayıblar.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyindən bildirilib.

Sazişi Gürcüstan müdafiə nazirinin birinci müavini Lela Çikovani və ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Laura Kuper imzalayıb.

Qeyd olunub ki, saziş Gürcüstan Müdafiə Qüvvələrinin müdafiə qabiliyyətini artıracaq.

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir