Modern.az

Putinin növbəti hədəfi Slovakiyadır

Putinin növbəti hədəfi Slovakiyadır

Dünya

25 May 2022, 16:56

Ukrayna tam ələ keçiriləcəyi təqdirdə Putinin növbəti hədəfi Slovakiya olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Eduard Heqer açıqlama verib.

 

Heqer daha sonra Avropa İttifaqı üzvlərini Rusiya enerjisinə həddən artıq etibar etdiklərinə görə tənqid edib.

 

"Biz çoxdandır ki, dəyərlərimizi ucuz qaz və neftə dəyişirik. Putinlə kompromis Ukraynada müharibəyə səbəb oldu. Ukrayna uğursuz olarsa, növbəti hədəf Slovakiya olacaq. Ukrayna qalib gəlməlidir”, - nazir bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi