Modern.az

“Ukraynanın bütün istəklərini yerinə yetirə bilmərik”Almaniya rəsmisi

“Ukraynanın bütün istəklərini yerinə yetirə bilmərik” - Almaniya rəsmisi

Dünya

29 May 2022, 20:19

Almaniya tezliklə Ukraynanı "PzH 2000" adlı özüyeriyən artilleriya qurğuları ilə təmin edəcək.

 

Modern.az xəbər verir ki, bunu Almaniyanın vitse-kansleri Robert Habek "Welt am Sonntag"a müsahibəsində bildirib.

 

O qeyd edib ki, Almaniyanın Ukraynaya heç bir silah göndərməməsi barədə fikirlər doğru deyil.

 

"Berlin Ukraynanın bütün istəklərini yerinə yetirə bilməz”, - deyə Habek bildirib.

 

Bundan əvvəl Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik Berlin hökumətini silah tədarükünü gecikdirməkdə ittiham etmişdi. 

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat