Modern.az

ABŞ-ın hərbi bazası raketlə vuruldu

ABŞ-ın hərbi bazası raketlə vuruldu

Dünya

31 May 2022, 21:51

İraqın qərb hissəsində amerikalı hərbi qulluqçuların olduğu hərbi bazaya raket zərbələri endirilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İraq rəsmiləri məlumat yayıb.

 

Məlumata görə, Eyni əl-Əsəd adlı bazaya 5 "Qrad" raketi atılıb. Zərbələrin cüzi dağıntılara səbəb olduğu, lakin itki qeydə alınmadığı bildirilir.

 

Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat