Modern.az

Latviya İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü TƏSDİQLƏDİ

Latviya İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü TƏSDİQLƏDİ

Dünya

14 İyul 2022, 18:05

Latviya parlamenti Finlandiya və İsveçin NATO-ya üzvlüyünə dair sənədləri ratifikasiya edib.

 

Modern.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs özünün sosial media hesabında məlumat yayıb.

 

Latviya bu iki ölkəyə “hə” deyərək, onların NATO-ya qoşulmağını təsdiqləyib.

 

Xatırladaq ki, ölkələrin Alyansa üzvlüyü üçün təşkilata daxil olan bütün dövlətlər protokalları ratifikasiya etməlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?