Modern.az

Ukrayna hərbçiləri Almaniyada təlimlərə başladı 

Ukrayna hərbçiləri Almaniyada təlimlərə başladı 

17 İyul 2022, 19:31

Almaniyada Ukrayna hərbçilərinə "Gepard" özüyeriyən zenit silahlarının istifadəsi üzrə təlim keçirilməyə başlanılıb.

 

Modern.az xəbər verir ki, məlumatı RND nəşri yayıb.

 

Təlim Almaniya silahlı qüvvələrinin poliqonlarında keçirilir.

 

Hazırda təlimlərdə Ukrayna Silahlı Qüvvələrinin yüz hərbçisi iştirak edir. Poliqonlarda Ukrayna əsgərləri zenit qurğuları ilə tanış olur və artilleriya təlimi keçir.

 

Xatırladaq ki, Almaniya iyulun ortalarına qədər Ukraynaya 15 "Gepard" qurğusu və onlar üçün təxminən 60.000 döyüş sursatı təhvil verəcəyini bildirib.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat