Modern.az

Rusiya İranla münasibətləri yeni səviyyəyə qaldıracaq

Rusiya İranla münasibətləri yeni səviyyəyə qaldıracaq

18 İyul 2022, 18:26

Rusiya İranla ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çıxarmağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov bildirib. 

 

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İbrahim Rəisi yeni dövlətlərarası saziş imzalamağa hazırlaşırlar, yulun 19-da Tehranda keçiriləcək görüşdə saziş müzakirə ediləcək.

 

 

Uşakov qeyd edib ki, İran Rusiyanın mühüm tərəfdaşıdır və Moskva ilə Tehran arasında münasibətlər uzun tarixə malikdir.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat